Bu iki futbolçu Mançester Yunayted dən ayrılır

15.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək iki futbolçu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, qapıçı Tom Hiton və  müdafiəçi Conni Evansın yayda komandadan ayrılacağını bildirib. Hər iki futbolçunun müqaviləsi iyunun 30-na qədərdir.

Evans "qırmızı Şeytanlar"ın yetirməsidir. 2015-ci ildə komandadan ayrılan müdafiəçi bir sıra klublarda çıxış edəndən sonra 2023-cü ilin iyulunda yenidən "Mançester Yunayted"ə qayıdıb. 

39 yaşlı Hiton da "Mançester Yunayted”in yetirməsidir. Qapıçı 2010-cu ilin yayında klubu tərk etsə də, 9 ildən sonra doğma klubuna qayıdıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью