Bu iki ölkə müdafiə sazişi bağlamağa hazırlaşır

12.11.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliya və İndoneziya yaxın zamanda müdafiə sazişi imzalamağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, “Əl-Cəzirə” bu barədə məlumat yayıb. Bildirilir ki, sözügedən saziş iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Müqavilə Avstraliya Baş naziri Antoni Albaniz və İndoneziya Prezidenti Prabovo Subianto tərəfindən təsdiqlənib, lakin rəsmi imzalanma mərasimi yanvarda baş tutacaq.

Saziş tərəflərin təhlükəsizlik məsələlərində bir-biri ilə məsləhətləşməsini nəzərdə tutur.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью