Bu il 111 terrorçu türk ordusuna təslim olub

31.12.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci ildə təslim olan terroçuların sayını açıqlayıb.

Bakıvaxtı.az "Haber Globala" istinadən xəbər verir ki, bu barədə nazirliyin illik hesabat brifinqində məlumat verilib.

Bildirilib ki, bu həftə daha 3 PKK terrorçusunun təslim olması ilə cari il ərzində təslim olanların sayı 111-ə çatıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью