Bu il 15 mindən çox boşanma qeydə alınıb

14.11.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью