Bu il 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub

19.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu il paytaxt və bölgələrdə 150 əmək yarmarkasının həyata keçirilməsini nəzərdə tutub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəki və s. rayonlarda 20 yarmarka artıq təşkil olunub.

Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1 800 müəssisədən 15,7 min vakansiya təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью