Bu il 24 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilib

28.08.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 28 avqust. AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində 24 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 59,67 faizini kişilər, 40,33 faizini isə qadınlar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью