Bu il 240 maşın yanıb

16.07.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin 6 ayı ərzində 240 nəqliyyat vasitəsi yanıb.

Modern.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.

O bildirib ki, statistikalara nəzər salsaq, 2023-cü ildə də 400 belə hadisə olub və 10 ölüm qeydə alınıb:

"Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью