Bu il 265 min 369 mülkiyyətə çıxarış verilib

17.10.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 265.369 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Oxu.Az xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 49.717-si (18.7 %) ilkin, 215.652-si (81.3 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində - 51.148, mənzil - 68.527, torpaq sahəsi - 136.091, qeyri-yaşayış binası - 2.290, qeyri-yaşayış sahəsi - 6.696, əmlak kompleksi - 519, çoxmərtəbəli yaşayış binası - 95 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 75.193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində 186.410 texniki pasport tərtib edilib, 44.760 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью