Bu il 44,7 min şəxsə əlillik təyin olunub

10.12.2024

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onlardan 22,2 mininə ilkin, 22,5 mininə təkrar əlillik təyinatı aparılıb

"Bu ilin yanvar-noyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 44,7 min şəxsə əlillik təyin edilib". AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 22,2 mininə ilkin, 22,5 mininə təkrar əlillik təyinatı aparılıb.

"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью