Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Komitəsinə 2026-cı ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
Bahar Muradova "116111 Qadın və Uşaq Dəstək Xətti"nə daxil olan müraciətlərin 649-u gender əsaslı zorakılıqla bağlı olduğunu bildirib.
"Baş Prokurorluğun məlumatına əsasən, cari ilin doqquz ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb, 906 qadın xəsarət alıb, 23 qadın həyatını itirib. Bu göstəricilər yalnız statistika olmayıb, müdafiəyə ehtiyacı olan insanların, vaxtında müdaxilə edilmədikdə ağır nəticələrlə üzləşə biləcək ailələrin və uşaqların mövcudluğunu bizə xatırladır",- deyə o qeyd edib.
B.Muradova əlavə edib ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də gender əsaslı zorakılığın qarşısının alınmasında fəal iştirak etməlidirlər:
"Hüquq-mühafizə və prokurorluq orqanlarının operativ müdaxiləsi də əhəmiyyətlidir. Məhkəmə sisteminin ədalətli və effektiv qərarları, icra qurumlarının mühafizə orderlərinin icrasına nəzarəti, sosial xidmətlərin təhlükəsiz müdafiə və reabilitasiya imkanları, təhsil müəssisələrinin profilaktik və maarifləndirici fəaliyyəti, medianın məsuliyyətli yanaşması, vətəndaş cəmiyyətinin təşəbbüsləri və beynəlxalq təşkilatların təcrübəsi bir-birini tamamlamalıdır".