Bu il 7 min kilometr yol təmir ediləcək

14.05.2025

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Bu il 7 min kilometr ümumi istifadədə olan avtomobil yollarının və 231 körpünün tikintisi və təmiri, 13 min kilometr torpaq yollara çınqıl döşənməsi, 400 kilometr sement örtüklü yolun tikintisi, avtomobil yolları boyunca 72 xidmət kompleksinin yaradılması nəzərdə tutulur.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, yeni layihələr müəyyən edilərkən yolların mövcud vəziyyətinə və nəqliyyatın hərəkət səviyyəsinə diqqət yetirilir. Bu gün 1200 kilometr yolun yenidən qurulması üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində 6 iri layihə həyata keçirilir.
Yaxın vsaxtlarda daha 4 layihənin icrasına başlanılması nəzərdə tutulur. O cümlədən, Tortkul və Beruniy şəhərlərindən yan keçən A-380 avtomobil yolunun yenidən qurulması, Qaraqalpaqıstan və Xorəzmdə 516 kilometr yerli əhəmiyyətli avtomobil yolunun tamamilə təmiri, Termiz-Denov və Sırdərya-Baxt arasındakı yollarda sement-beton örtüyünün çəkilməsi nəzərdə tutulub. Asiya İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının vəsaitləri bu layihələrə yönəldiləcək.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью