Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib.