Bu il AMEA Naxçıvan bölməsinin əməkdaşlarının 348 elmi əsəri çap olunub AZƏRTAC

09.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 9 dekabr, AZƏRTAC

Cari ildə AMEA Naxçıvan Bölməsinin 2 əməkdaşına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmlər doktoru elmi dərəcəsi verilib. İki nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 2 doktorluq dissertasiyasının seminarı keçirilib, işlər müdafiəyə buraxılıb, 1 nəfərin doktorluq dissertasiya işinin müzakirəsi aparılıb.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna bölmənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı, 4 tezisi olmaqla 348 elmi əsəri çap olunub. Əsərlərdən 57-si xaricdə, 141 elmi məqalə beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda dərc edilib. Məqalələrdən 6-sı “Web of Science”, 2-si “Scopus”, 1-i “Ulakbim” elmmetrik bazalarında olmaqla 15-i təsir əmsallı jurnalda işıq üzü görüb. Hesabat ilində “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının isə 3 nömrəsi çapdan çıxıb. Hər iki jurnalda çap olunan məqalələr DOİ rəqəmsal identifikatoru ilə təmin olunub. Əməkdaşların 192 qəzet məqaləsi işıq üzü görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью