Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Bu il Qazaxıstan parlamenti tərəfindən TÜRKPA çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub.
AZƏRTAC-ın sorğusuna cavabında bu barədə danışan TÜRKPA-nın Baş katibi Ramil Həsən bildirib ki, bu tədbirlərdən biri də TÜRKPA-nın üzv ölkələrin parlamentlərinin Xarici Əlaqələr Komitələrinin növbəti toplantısının keçirilməsidir. Qazaxıstanın paytaxtı Astana şəhərində bununla bağlı ciddi hazırlıq prosesi aparılır.
“Türk Dövlətləri Parlament Assambleyası qanunvericilik orqanları arasındakı münasibətləri yaxınlaşdırmaq, yeni qanun layihələrinin hazırlanmasına dəstək olmaq və TÜRKPA-nın institusional olaraq güclənməsi üçün fəaliyyət göstərir. Eyni zamanda, rəsmi və hüquqi bazanın gücləndirilməsi, sənətlərin yenilənməsi və beynəlxalq parlament təşkilatı kimi yeni formatda fəaliyyət göstərmək də prioritetlərdəndir. “TÜRKPA Plus” formatının tətbiqi də bu istiqamətdə atılan addımlardandır. Əminik ki, yaxın gələcəkdə həyata keçiriləcək hər bir addım Türk dünyasının birlik və bərabərliyinə xidmət edəcək və dövlət başçıları tərəfindən Qəbələdə qəbul olunmuş deklarasiyanın məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayacaq”, – Baş katib vurğulayıb.
DOĞRU.AZ