Bu il Azərbaycan 100 milyon dollarlıq mebel idxal edib

07.10.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 99 milyon 691 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 37 min dollar və ya 1.05% artıb.

2024-cü ilin yanvar-avqust aylarında ölkəyə 98 milyon 654 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 8 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.66% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью