Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin ilk yarısında Azərbaycan banklarının qiymətli kağızlar portfeli üzrə artım müşahidə olunub.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmi 6,2% və ya 584 mln. manat artıb.
Ümumi aktivlərin daha sürətli artım tempi fonunda qiymətli kağızların aktivlərdə xüsusi çəkisi isə 17,7%-dən 17,5%-ə enib.
Hesabat dövründə bankların ABŞ dövlət istiqrazlarına yatırımları əhəmiyyətli dərəcədə artıb.
Belə ki, bu istiqamətdə investisiyalar 1,13 mlrd. manat və ya 80,6% çoxalıb.
Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən kütləvi emissiyaların azalması fonunda son 6 ay ərzində nazirliyin qiymətli kağızlarına yatırımlar 347 mln.