Bu il Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb

23.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 948 min 815 ton buğda idxal edilib.

"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 205 milyon 427 min ABŞ dolları təşkil edib.

Bunlar həcm baxımından 2023-cü ilin eyni dövrü ilə müqayisədə 463 ton (0,04 %), dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9%) azdır.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,23%-ini təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью