Bu il Azərbaycan əhalisi nə qədər artıb? Rəsmi STATİSTİKA

31.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin yekununa saatlar qalıb. Bu il ərzində ölkəmizdə əhali sayı nə qədər artıb?

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan əhalisninin sayı 10 180 770 nəfər olub.

2024-cü il oktyabr ayının 1-i vəziyyətinə isə ölkə əhalisnin sayı 10 214 441 nəfərə çatıb.
Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin sayı 10 ay ərzində 33 671 nəfər və ya 0,3 faiz artıb. 
Dövlət Statistika Komitəsindən bildirlib ki, əhali sayı ilə bağlı 2024-cü il üzrə yekun rəqəmlər 2025-ci ilin fevralında hazır olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью