Bu il Azərbaycan qızıl ixracından 163 mln. dollardan çox gəlir əldə edib

02.12.2024

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 163.4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 44.7 milyon dollar və ya 37.7% çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 118.7 milyon dollara bərabər olub. 

Qeyd edək ki, təkcə oktyabr ayında ixrac edilən qızılın dəyəri isə 48.1 milyon dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью