Bu il Azərbaycan xaricə 68,5 milyon dollarlıq alüminium satıb

21.05.2025

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan dəyəri 68 milyon 547 min dollar həcmində 23 min 249 ton alüminium ixrac edilib.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 milyon 116 min dollar və ya 9,8% artıb, miqdar ifadəsində isə 571 ton, başqa sözlə, 2,4% azalıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarıında isə Azərbaycandan 62 milyon 430 min dollar dəyərində 23 min 820 ton alüminium ixrac edilmişdi.

Qeyd edək ötən il ərzində ixrac edilən alüminiumun 1 kiloqramının orta ixrac dəyəri 5.12 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,46 manat idi. Bu da illik müqayisədə 13 qəpik və ya 12,5% artım deməkdir.

Bu il ümumi ixracının 0,78%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,41%-i alüminiumun payına düşüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью