Bu il Azərbaycana ABŞ dən 5 ədəd kater gətirilib 282 min dollara

30.06.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu ilin ilk 4 ayı ərzində Azərbaycana ABŞ-dən 5 ədəd uzunluğu 7,5 metrdən çox olan, lakin 24 metrdən çox olmayan mühərrikli qayıqlar və katerlər gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qayıq və katerlərin ümumi gömrük dəyəri 281,68 min dollar olub.
Beləliklə, idxal edilən qayıq və katerlərin 1 ədədinin orta gömrük dəyəri 56,3 min dollar (95,8 min manat) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 60,94 min dollara (103,6 min manat) Yunanıstandan 1 ədəd kater gətirilib.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью