Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Neftin emalı ötən illə müqayisədə 8,3 faiz azalıb Bu ilin yanvar-noyabr ayları üzrə respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azdır. Energetika Nazirliyindən AYNA-ya bildirilib ki, hasilatın 15,4 milyon tonu “Azəri
SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.
On bir ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub.
Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.
Neftin emalı 2024-cü ilin yanvar-noyabr aylarında ötən illə müqayisədə 8,3 faiz azalaraq 5,5 milyon ton təşkil edib.
Qeyd edək ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80 min 771 ton təşkil edib.