Bu il Azərbaycanda 69 üçəm dünyaya gəlib

20.11.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Bu ilin doqquz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 64043 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.

Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.

Bu ilin doqquz ayı ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью