Bu il Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək

16.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi təşkil olunacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov "Milli Məşğulluq Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə noyabrın 16-dan 19-dək Məşğulluq Həftəsi keçiriləcək: "Milli Məşğulluq Forumu və məşğulluq sərgisi də bu həftə ərzində baş tutacaq".

H.Abbasov qeyd edib ki, Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellektin əmək bazarına təsiri, eyni zamanda, peşə seçimi və karyerada düzgün yanaşma kimi sahələri əhatə etməkdir:

"Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə çalışacağıq ki, gündəmdə olan, trendə çevrilən müasir çağırışlara cavab tapaq, həm gələcəyin əmək bazarına, həm də əmək bazarının gələcəyinə düzgün şəkildə işıq tutaq. Noyabrın 18-də Gələcəyin Peşələri Sammiti keçiriləcək, noyabrın 19-da isə Dövlət-Biznes Əməkdaşlıq Forumu ilə tədbirlərə davam edəcəyik".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью