Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb

04.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu il KOB inkişafı mərkəzlərinin ödənişsiz təlimlərindən, məsləhət və mentorluq xidmətlərindən 10 mindən çox insan faydalanıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.

Onun sözlərinə görə, sahibkarların və startapların yeni iqtisadi mühitə uyğunlaşması, fəaliyyətlərində müasir texnologiyalardan yetərincə istifadə etməsi üçün onların kadr potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir.

"Azərbaycanın müxtəlif şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. 2024-cü il ərzində KOB inkişafı mərkəzlərinin bu xidmətlərindən faydalanlarının sayı 10 mindən çoxdur", - O. Məmmədov qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью