Bu il Azərbaycanda qızıl və gümüş istehsalı artıb

15.05.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 026,3 kiloqramı qızılın, 1 372,0 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,2%, gümüş istehsalı isə 21,9% artıb.

Mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə 64,5 kiloqram hazır qızıl, 579,1 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью