Bu il Azərbaycanda yanan maşınların SAYI AÇIQLANDI

16.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu il 240 nəqliyyat vasitəsi yanıb.

Avtosfer.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.

O bildirib ki, statistikaları nəzər salsaq 2023-cü ildə də 400 belə hadisə olub və 10 ölüm qeydə alınıb:

"Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью