Bu il Azərbaycandan Avropaya 12 mlrd. kubmetr qaz ixrac olunub

11.12.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

2024-cü ilin yanvar – noyabr aylarında Azərbaycandan Avropaya 11,7 mlrd.m3, Türkiyəyə 9 mlrd.m3, Gürcüstana isə 2,2 mlrd.m3 qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 mlrd.m3 qaz nəql edilib. Bu ilin 11 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5% çoxdur” – deyə paylaşımda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью