Bu il Azərbaycanın pomidor ixracı 5 %ə yaxın artıb

07.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118 min 922 ton pomidor ixrac edib.

"Cebheinfo.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % və 4,8 % çoxdur.

Məlumata görə, kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir:

“Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir. Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur", - deyə məlumatda bildirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью