Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda fəaliyyət göstərən 22 bankın 20-si 2025-ci ilin ilk yarısı üçün maliyyə hesabatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında ən yüksək mənfəəti dövlət bankı olan “Beynəlxalq Bank” əldə edib.
Bu bankın ilin ilk yarısı ərzində xalis mənfəəti 155 milyon 472 min manat olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında 9 bankın xalis mənfəəti azalıb, 10 bankın xalis mənfəəti artıb. İki bank – “Azər Türk Bank” və “Azərbaycan Sənaye Bankı” maliyyə hesabatlarını açıqlamayıblar. “Bank BTB” isə bu ilin ilk yarısını 1 milyon 699 min manat xalis zərərlə başa vurub.
Maliyyə hesabatını açıqlayan bankların xalis mənfəəti aşağıdakı kimi olub:
Elnur Əli