Bu il BDU nu 6000 dən çox təhsilalan bitirir

25.06.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetini (BDU) 6000-dən çox təhsilalan bitirir.
Bakıvaxtı.az
xəbər verir ki, ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.
BDU-da hazırda 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır.
Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.
Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью