Bu il benzin və dizel yanacağının satışı artıb

18.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında 2 milyard 785 milyon 100 min manat dəyərində benzin və dizel yanacağı satılıb.

Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz çoxdur.

Cari ilin ilk 9 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422 milyon 800 min manat dəyərində məhsul satılıb. Bu dövrdə benzin və dizel yanacağı ümumi pərakəndə satışın 6 faizini təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью