Bu il doğulan uşaqlara ən çox qoyulan adlar

15.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb.

Gununsesi.info-nun Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Raul (536), Hüseyn (465), Əli (462), Yusif (379), Murad (314), Ömər (313) tutur.

Bu il qız uşaqlarına ən çox Melisa adı verilib – 512.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: İnci (484), Məryəm (473), Aylin (472), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384).

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью