Bu il dövlət qurumlarına 33 yeni domen verilib

04.09.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 33 yeni domen verilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə əlavə olaraq 177 yeni subdomen də təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 25 faiz azdır.

Məlumata görə, 2024-cü ildə dövlət qurumları ümumilikdə 64 yeni domen və 367 yeni subdomen alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью