Bu il “Dream Fest”in açılışını AYGÜN KAZIMOVA EDƏCƏK

08.04.2025

Icma.az bildirir, Shownews saytına əsaslanaraq.

Xalq artisti Aygün Kazımova ölkənin ən böyük musiqi festivalı olan "Dream Fest"ə dəvət alıb. 
 

Pop kraliça musiqili tədbirin açılış mərasimində səhnəyə çıxacaq. Festivalın açılış mərasimi iyulun 23-də planlaşdırılıb. 

Kazımova gecədə maraqlı şou göstərəcək və hit mahnılarını səsləndirəcək.

Qeyd edək ki, "Dream Fest" Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə iyulun 23-dən 26-na kimi keçiriləcək. 

Aygün Kazımova ötən il də festivalda səhnə alıb. Müğənni həm səhnə şousu, həm də geyimləri ilə səs-küy yaratmışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью