Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC Bu ilin yanvar-noyabr aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25 faiz artaraq 2,5 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında bildirilib.
Noyabr ayında isə 259,1 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz çoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.