Bu il əczaçılıq məhsullarının idxal dəyəri 300 milyon dolları ötüb

02.09.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-iyul aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 305 milyon 178 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 8 milyon 698 min dollar və ya 2,8% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,1%-ni təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin ilk 7 ayında Azərbaycan 313 milyon 876 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью