Bu il Əfqanıstana ixrac 212, idxal isə 4 dəfə artıb

08.12.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 2025-ci ilin yanvar-sentyabr ayları üzrə Əfqanıstanla ticarət dövriyyəsində yüksək ixrac üstünlüyü formalaşıb.

Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında Əfqanıstandan 118.7 min dollar dəyərində məhsul idxal edilib, əvəzində isə 55 milyon 884.2 min dollar həcmində ixrac həyata keçirilib.

Bunun nəticəsində 55765.5 min ABŞ dolları müsbət saldo yaranıb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə Əfqanıstanla ticarətdə idxal 4.07 dəfə, ixrac isə 211.99 dəfə artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью