Bu il ərzində ADYlə 7 milyondan çox sərnişin daşınıb FOTO

05.12.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dəmir Yollarının (ADY) qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.

Avtosfer.az xəbər verir ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью