Bu il hiss olunan zəlzələlər olacaq Seysmoloqdan XƏBƏRDARLIQ | Icma.az
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək.Bunu Ajans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.
O bildirib ki, İstanbulda baş verən zəlzələ göstərir ki, region yenidən aktivləşib: "Həmişə qeyd etdiyim kimi, mütəmadi olaraq aktivləşəcək.
Təbii ki, bu aktivləşmə nəticəsində ətrafda olan seysmik ocaqlar da yenidən aktivləşir, sabit qala bilməzlər.
Amma İstanbulda olan zəlzələdən sonra Azərbaycanda da mütləq şəkildə zəlzələ olacağını demək doğru olmaz.
Amma digər tərəfdən fiziki qanunlara nəzər salsaq, ətrafdakı piltələr aktivdirsə, Azərbaycan sabit qala bilməz - sanki başqa bir yerdə olan ada kimi".
Seysmoloq qeyd edib ki, istər-istəməz qonşu ocaqlarda da proseslər baş verəcək: "Türkiyəyə yaxın olan ərazilərdə - Suriyaya, Gürcüstana, Azərbaycana da təsir göstərə bilər.
Lakin Azərbaycanda dərinliklərdə baş verən geodinamik proseslərin surəti o dərəcə intensiv deyil.
Tam oxu
Xəbəri oxu