Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

26.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

 Bu il internat müəssisələrində 1484 uşaq valideynlərini itirib, yaxud himayəsindən məhrum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə əks olunub.

Bildirilib ki, 2024-cü ildə bu göstərici 1459 nəfəri əhatə edib.

Bundan başqa, 2025-ci ildə ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində 406 uşaq olub, onlardan 403-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью