Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. 2025-ci ilin bitməsinə sayılı günlər qalıb.
"Unikal" xatırladır ki, bu il də həm ictimai-siyasi, həm də sənət aləmində itirdiklərimiz oldu.
Onların siyahısını təqdim edirik: Aparıcı Azər Baxşəliyev yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Xalq artisti Arif Babayev avqustun 1-də kəskin tənəffüs çatışmazlığından vəfat edib.
Əməkdar artist Cabir İmanov sentyabrın 29-da ürəktutmadan dünyasını dəyişib.
Aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib. Xalq yazıçısı Elçin avqustun 3-də 82 yaşında dünyasını dəyişib.
Xalq artisti Ənvər Həsənov martın 16-da kəskin işemik insultdan vəfat edib.
Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da 89 yaşında dünyasını dəyişib.