Bu il itirdiyimiz tanınmışlar Müğənnilər, aktyorlar, eksdeputatlar, alimlər SİYAHI | Icma.…
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. 2024-cü il başa çatır.
Bu il Azərbaycanın ictimai-siyasi, elm və təhsil, tibb, mədəniyyət sahəsində itirdiyimiz xeyli tanınmış insanlar olub.
Modern.az saytı bu il dünyasını dəyişən tanınmış simaların siyahısını hazırlayıb.2024-cü ilin əvvəli mədəniyyət sahəsi üçün pis başladı.
Məşhur müğənni, Əməkdar artist Aygün Hümmətova (Bəylər) yanvar ayının 7-də Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi.
48 yaşlı sənətkar uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.Yanvar ayı görkəmli yazıçı Çingiz Hüseynovun vəfatı ilə də yadda qaldı.
94 yaşında dünyasını dəyişən yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi idi.
O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. Qeyd edək ki, Ç.
Hüseynov İsraildə yaşayırdı.Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü də yanvarda vəfat edib.
Tam oxu
Xəbəri oxu