Bu il müharibə zonalarında 42 jurnalist ÖLDÜRÜLDÜ

12.12.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə azı 68 jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.

Redaktor.az xəbər verir ki, bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.

Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.

Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.

Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью