Bu il Naxçıvanda XI sinfi 3802 şagird bitirir

03.06.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 3 iyun, AZƏRTAC

Naxçıvanda 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 4692, tam orta təhsil səviyyəsi üzrə isə 3802 şagird məzun olacaq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ️məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью