Bu il neçə nəfərə pensiya təyin edilib? Rəsmi

23.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Globalinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, onların 68,53%-ni kişilər, 31,47%-ni isə qadınlar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью