Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?

09.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin əvvəlindən bu günə qədər 46 orqan transplantasiyası əməliyyatı icra edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 17-si böyrək,13-ü qaraciyər, 4-ü sümük iliyi, 12-si isə buynuz qişa əməliyyatlarıdır.

Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında qeyd etmişdi ki, Azərbaycanda 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью