Bu il neft koksunun ixracı azalıb AZƏRTAC

18.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında ölkədən neft koksunun ixracı 16,1 faiz azalaraq 186,5 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 15 milyon 894 min dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 222,3 min ton və ya 57 milyon 252 min dollar dəyərində neft koksu ixrac edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью