Bu il nikaha daxil olanların və boşananların sayı açıqlanıb

20.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31 min 85 nikaha daxilolma və 15 min 30 boşanma halları qeydə alınıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb. Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,1), Qarabağ (4,7), Dağlıq Şirvan (4,5), Quba-Xaçmaz (4,3), Bakı və Qazax-Tovuz (4,2), Naxçıvan və Mərkəzi Aran (4,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (4) yüksək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью