Bu il orta illik inflyasiya 6 % ə yaxın olub

10.09.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.
Avqust ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 %, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 % artıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью